AZ

"Barselona" 5 əsas hədəfini müəyyənləşdirdi

İspaniya nəhəngi "Barselona" yay transfer pəncərəsi üçün strateji planlarını hazırlayıb.

Fanat.Az xəbər verir ki, "Diario Sport" nəşrinin yaydığı məlumata görə, Kataloniya təmsilçisinin həll etməli olduğu 5 mühüm prioritet var.

İlk növbədə, klub rəhbərliyi hazırda icarə əsasında komandada çıxış edən Markus Reşford və Joao Kanselonun gələcəyi ilə bağlı qəti qərar verməlidir.

Bununla yanaşı, Mark Kasado və Andreas Kristensenin komandadakı statusuna aydınlıq gətirilməsi planlaşdırılır. Klubun hücum xəttini gücləndirmək məqsədilə Robert Levandovskinin müqaviləsinin yenilənməsi və komandaya yeni bir mərkəz hücumçusunun gətirilməsi də əsas hədəflər arasındadır.

Müdafiənin mərkəzinə isə "İnter"in ulduzu Alessandro Bastoninin transfer edilməsi üçün ciddi cəhdlər göstəriləcək.

Seçilən
3
1
fanat.az

2Mənbələr