AZ

“Liverpul”un transfer hədəfi "Kristal Pelas"ın yarımmüdafiəçisi Adam Uorton oldu

“Liverpul” klubu “Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uorton üçün transfer yarışına qoşulan son komanda olub.

90deqiqe.Az "talkSPORT"a istinadən xəbər verir ki,  Mersisayd təmsilçisi 22 yaşlı futbolçunu mümkün gedişlər – Kertis Cons və ya Aleksis Mak Allisterin ayrılması ehtimalına qarşı alternativ kimi nəzərdən keçirir. 

Bildirilir ki, “Liverpul” bu transferdə “Mançester Yunayted”lə rəqabət aparmalı olacaq. “Kristal Pelas” futbolçu üçün azı 80 milyon funt sterlinq (92 milyon avro) tələb edir. Klub yarımmüdafiəçini saxlamaq istəsə də, Uorton daha yüksək səviyyədə çıxış etməyə hazırdır.

Cari mövsümdə futbolçu 44 oyunda 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt-a görə, oyunçunun bazar dəyəri 60 milyon avrodur.

Seçilən
14
90deqiqe.az

1Mənbələr