AZ

Azərbaycan bu ölkəyə neft ixracını artırdı

Bu ilin yanvar-mart aylarında Azərbaycan Bolqarıstana 130,8 min tondan çox xam neft və neft məhsulları ixrac edib ki, bu da ölkənin ümumi neft ixracının 2,57 %-ni təşkil edir.Metbuat.az Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Bolqarıstana ixracın həcmi illik müqayisədə 65,05 % (51,56 min ton) artıb. Bu dövrdə ixracın dəyəri 67,86 milyon ABŞ dollarına çatıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 40,71 % (19,63 milyon ABŞ dolları) artım nümayiş etdirib.Ümumilikdə 2026-cı ilin birinci rübündə Azərbaycan 5,077 milyon ton neft və neft məhsulları ixrac edib. Bu, bir il əvvəlki dövrün göstəricisinə (6,011 milyon ton) nisbətən 15,53 % azdır. İxracın dəyəri 2,5 milyard ABŞ dollarını ötüb. Bu, 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 25,05 % (835,94 milyon ABŞ dolları) azdır.

2025-ci ildə Bolqarıstana 92,288 milyon ABŞ dolları dəyərində 165,525 min ton Azərbaycan nefti və neft məhsulları tədarük edilib.

Seçilən
26
8
metbuat.az

10Mənbələr