AZ

Qadın millimiz DÇ-2027-nin seçmə mərhələsində növbəti qələbəsini qazandı

BAKI, 18 aprel. TELEQRAF

Qadın futbolçulardan ibarət Azərbaycan millisi DÇ-2027-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

Teleqraf xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun komandası Andorra yığması ilə qarşılaşıb.

“Bank Respublika Arena”da baş tutan qarşılaşma millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmanın heyətində Yeliz Açar 12-ci, Esra Manya isə 65-ci dəqiqədə fərqlənib.

Seçilən
41
teleqraf.com

1Mənbələr