AZ

Premyer Liqa klubu kapitana qapını göstərəcək - SON DƏQİQƏ

"Sumqayıt"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə yayda özünə yeni klub axtarmalı olacaq.

Kapitanın çıxışından məşqçilər korpusu kəskin narazıdır.

Heç rəhbərlik də Abdullazadənin performansından razı deyil.

Xüsusilə kapitan kimi kollektivdə hörmətinin olmaması, ağırlığını ortaya qoya bilməməsi səbr kasasını daşırıb.

Düzdü, orta sahə oyunçusu ilə daha bir il qüvvədə qalan müqaviləsi var.

Klub Azərbaycan millisinin üzvü ilə hansısa formada razılıq əldə edib, yolların ayrılmasına çalışacaq.

Səbuhi "Sumqayıt"ın yetirməsidir.

O, karyerası ərzində yalnız bu klubda çıxış edib.

Meydana çıxdığı 200 görüşdə 8 qol, 19 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
25
sportinfo.az

1Mənbələr