Ölkə ərazisində hava şəraiti dəyişəcək.
Xezerxeber.az-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Məlumata görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib ki, aprelin 19-dan etibarən hava dəyişkən buludlu olacaq.
Onun sözlərinə görə, bəzi dağ çaylarından sel keçəcəyi ehtimalı var:
Qeyd edək ki, Fövqəladə Hallar Naziriliyi də gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.