AZ

Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov albaniyalı həmkarı Ferit Hoxha ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında məlumat yayılıb.
“C. Bayramov albaniyalı naziri təyinatı münasibətilə təbrik edib və bu mühüm vəzifədə ona uğurlar arzulayıb”, - məlumatda bildirilib.
Görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub. Fikir mübadiləsi siyasi dialoq, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya, turizm, təhsil və mədəniyyət sahələrini əhatə edib.
Enerji sahəsində əməkdaşlıq ikitərəfli münasibətlərin əsas hərəkətverici qüvvəsi kimi qeyd olunub. Dostluq, qarşılıqlı hörmət və faydalı tərəfdaşlığa əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində mütəmadi əməkdaşlıq və həmrəyliyin əhəmiyyəti qeyd edilib.
Seçilən
21
17
yeniavaz.com

10Mənbələr