AZ

Futbolçular daha məsuliyyətli olmalıdı Ayxan Abbssov

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Şamaxı" Misli premyer-liqasının 28-ci turunda evdə "Karvan-Yevlax"a uduzdu - 0:1."Football-plus.az" xəbər verir ki, "şirlər"in baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.- Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bilirdik ki, "Karvan-Yevlax" son matçlara final kimi baxır. Motivasiyaları yüksəkdi. Bundan öncəki matçda da əzmkarlıqları göründü, bu gün də. Oyun əlimizdə idi, dominantlıq edirdik, amma qol vura bilmədik. Bir çox matçlar var ki, bu məqamlarda axsadıq və uduzduq. Bəlkə də futbolçuların ustalığı çatışmadı. Çox işləməlidilər. Buna baxmayaraq, isti havada 90 dəqiqə vuruşmaq, ruhdan düşməmək, hücum etmək, son saniyəyə qədər epizoda girmək yaxşı göstəricidi. İstəyərdik ki, qalib gələk və turnir cədvəlində irəliləyək. Olmadı. Qarşıdakı matçlara baxacağıq.- İki fərqli hissə izlədik. Birinci hissədə temp yüksək deyildi. Fasilədən sonra rəqibi təzyiq altında saxladız. Siz tapşırmışdız ki, futbolçular belə oynasın?- Hava isti idi, bu da imkan vermədi. Rəqib tempi yüksəltməyimizi istəmirdi. Bu da normaldı. İkinci hissədə dəyişikliklər etdik, hücumameyilli oyunçular meydanda oldu. Amma bu da yetərli olmadı. Birinci hissədə də 3 real qol vəziyyətimiz var idi. Futboldu da... Olur...- Sizdə sanki motivasiya yox idi. Bu işinizin öhdəsindən erkən gəlməyin fəsadlarıdı? Komanda premyer-liqada qalıb...- Motivasiya baxımından problem yox idi. Bu olmasaydı, komanda 90-cı dəqiqəyə qədər vuruşmazdı. Futbolçular hər şeyi etdi. Sadəcə dediyim məqamlarda yetərli olmadı. Xüsusən də gənc futbolçuların epizodları var idi. Məşqlərdə də yaxşıdılar. İşin öhdəsindən gəliblərsə, stressiz oyunlar olacaq.- Ötən mətbuat konfranslarında "Şamaxı"dan ayrılacağınızın siqnalını vermişdiz. Bu gün komandanın əvvəlki kimi görünməməsinin səbəbi məhz o açıqlamadı? Futbolçular bilir ki, baş məşqçi gedir. Bunun komandaya təsiri var idi?- Məncə, əksinə ola bilər. Futbolçular daha məsuliyyətli olmalıdı. Çünki mövsümün sonu yaxınlaşır. Müqaviləsinin müddəti başa çatan futbolçular var. Oyunçular mövsümün sonuna yaxın özlərini göstərmək istəyirlər. İnanmıram ki, bu açıqlamanın təsiri olsun. Məğlub olanda çox suallar ortaya çıxır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
6
icma.az

10Mənbələr