AZ

İrandan gətirilən narkotiki Bakıya aparanlar Beyləqanda yaxalandı



Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində birgə tədbirlər uğurla davam etdirilir. Əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikası vətəndaşı ilə cinayətkar əlaqəyə girərək qaçaqmalçılıq yolu ilə həmin ölkədən Azərbaycan Respublikası ərazisinə satış məqsədilə keçirilmiş xeyli miqdarda “Metadon” M-40 həbləri və qurudulmuş marixuananı cari il aprelin 11-də Beyləqan rayonu ərazisindən Bakı şəhərinə apararkən 12.08.1994-cü il təvəllüdlü Orucov Qoca Mikayıl oğlu saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilib ki, keçirilmiş baxış zamanı ümumi çəkisi 16 kiloqram 700 qram narkotik vasitə olan qurudulmuş marixuana və 3500 ədəd narkotik tərkibli “Metadon” M-40 həbləri aşkarlanaraq götürülüb.

DTX İstintaq Baş İdarəsi tərəfindən Q.Orucov AR Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

ZÜMRÜD

Seçilən
22
33
baki-xeber.com

10Mənbələr