Antalyada V Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi səfir Kayrat Sarıbay ilə görüşüb.
TÜRKPA-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı tərəflər təşkilatlarının cari fəaliyyəti barədə məlumat verib və gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparıblar. Həmçinin təşkilatlar arasında davamlı əməkdaşlığın vacibliyi vurğulanıb, qarşılıqlı dəstək ifadə edilib.