AZ

Azərbaycan və D-8 bir sıra sahələrdə əməkdaşlığın inkişafını müzakirə ediblər

BAKU, Azerbaijan, April 18. AzərbaycanRespublikasının xarici işlər naziri Ceyhun Bayramov AntalyaDiplomatiya Forumu çərçivəsində “İnkişaf etməkdə olan səkkiz ölkə”(D-8) İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi, səfir SohailMahmud ilə görüşüb.

Trend Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki,tərəflər Azərbaycan ilə D-8 arasında siyasi, iqtisadi, ticarət,enerji, investisiya, nəqliyyat və logistika sahələrindəəməkdaşlığın inkişafını müzakirə ediblər.

Azərbaycanın təşkilata daxil olduğu gündən bəri D-8-də fəaliştirakı, o cümlədən Azərbaycanda keçirilən D-8 Həftəsi, eləcə dəD-8 Media və Nəqliyyat üzrə Qabaqçıl Təcrübə Mərkəzlərinin, eləcədə D-8 Enerji və İqlim Mərkəzinin yaradılması istiqamətində davamedən səylər yüksək qiymətləndirilib. Həmçinin regional və qlobaltəhlükəsizlik məsələləri müzakirə olunub, Yaxın Şərqdə vəziyyətingərginliyinin azaldılması, beynəlxalq humanitar hüquqa riayətedilməsi və mülki şəxslərin qorunması məsələləri diqqət mərkəzindəolub.

Seçilən
31
3
az.trend.az

3Mənbələr