AZ

“Hoffenhaym” “Borussiya”nı məğlub etdi

Almaniya çempionatının 30-cu turunda “Hoffenhaym” doğma meydanda Dortmund “Borussiya”sını qəbul edib.

90deqiqe.Az xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

32-ci dəqiqədə Andrey Kramariç penaltini dəqiq yerinə yetirərək hesabı açıb. 87-ci dəqiqədə qonaqlar Seru Quirassinin qolu ilə bərabərliyi təmin ediblər.

Lakin qarşılaşmanın sonlarında “Hoffenhaym” yenidən önə keçib. Kramariç 11 metrlik cərimə zərbəsindən ikinci dəfə fərqlənərək komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra “Hoffenhaym” xallarını 54-ə çatdıraraq turnir cədvəlində 5-ci pilləyə yüksəlib. “Borussiya” isə 64 xalla 2-ci sırada qərarlaşıb.

Qeyd edək ki, ilk dövrədə komandalar arasında keçirilən oyunda Dortmund təmsilçisi 2:0 hesablı qələbə qazanmışdı.

Seçilən
28
90deqiqe.az

1Mənbələr