AZ

“Nyukasl” doğma meydanda uduzdu

İngiltərə çempionatının 33-cü turunda “Nyukasl” doğma meydanda “Bornmut”u qəbul edib.

90deqiqe.Az xəbər verir ki, görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı oyunun 30-cu dəqiqələrində “Bornmut” açıb. Markus Tavernyer fərqlənib, məhsuldar ötürmə Rayana məxsus olub.

68-ci dəqiqədə meydan sahibləri bərabərliyi təmin ediblər. Uilyam Osula dəqiq zərbə ilə fərqlənib.

Lakin qonaqlar 85-ci dəqiqədə yenidən önə keçiblər. Adryen Trüffer vurduğu qol ilə komandasına üç xal qazandırıb.

Bu nəticədən sonra “Bornmut” xallarını 48-ə çatdıraraq turnir cədvəlində 8-ci pilləyə yüksəlib. “Nyukasl” isə 42 xalla 14-cü sırada qərarlaşıb.

Qeyd edək ki, komandalar arasında ilk dövrədə keçirilən oyun 0:0 hesablı heç-heçə ilə başa çatmışdı.

Seçilən
34
90deqiqe.az

1Mənbələr