AZ

Ceyhun Bayramov D-8 baş katibi ilə əməkdaşlığı müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Sohail Mahmood ilə görüşüb.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı tərəflər Azərbaycan ilə D-8 arasında siyasi, iqtisadi, ticarət, enerji, investisiya, nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişafını müzakirə ediblər.

Azərbaycanın D-8-ə qoşulduqdan sonra fəal iştirakı yüksək qiymətləndirilib.

Bu çərçivədə Azərbaycanda keçirilən "D-8 Həftəsi" təşəbbüsü, eləcə də Media və Nəqliyyat üzrə Mükəmməllik Mərkəzlərinin, həmçinin Enerji və İqlim Mərkəzinin yaradılması istiqamətində aparılan işlər vurğulanıb.

Görüşdə həmçinin regional və qlobal təhlükəsizlik məsələləri müzakirə olunub. Xüsusilə Yaxın Şərqdə gərginliyin azaldılması, beynəlxalq humanitar hüquqa əməl edilməsi və mülki əhalinin qorunması məsələlərinə diqqət yetirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
12
olaylar.az

10Mənbələr