“Real”ın hücumçusu Vinisius Junior yaxın gələcəkdə Avropada yeni komanda tapmaya bilər.
Sportinfo.az “Transfer News Live”-a istinadən xəbər verir ki, braziliyalı futbolçunun agentləri Avropanın top-klublarının diqqətini cəlb etmək üçün müxtəlif cəhdlər etsələr də, gözlənilən maraq yaranmayıb.
Hətta 25 yaşlı forvardın potensial namizədlərindən biri kimi göstərilən “Çelsi” də oyunçuya maraq göstərməyib.
Daha əvvəl mövsüm ərzində Vinisiusun maaş tələbləri səbəbindən “Real”la danışıqlarda problemlər yaşandığı bildirilirdi.
Buna baxmayaraq, “kral klubu”nun prezidenti Florentino Peresin onunla yeni müqavilə imzalamaqda maraqlı olduğu deyilir.