AZ

Güləşçilərimiz “Çempionlar” turnirinin ilk günündə 5 medal qazanıb

Türkiyənin Antalya şəhərində “Çempionlar” turnirinə start verilib.

Apasport.az xəbər verir ki, U20 yaş qrupu üzrə keçirilən ənənəvi yarışın ilk günündə 5 güləşçimiz fəxri kürsüyə yüksəlib.

Sərbəst güləşdə Hacı Kərimov (70 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq çempion olub. Muhamməd İsmayılov (57 kq) isə bürünc medal qazanıb.

Yunan-Roma güləşində isə Roman Kərimov (67 kq) rəqiblərinə şans tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə çıxıb. Eyni çəkidə çıxış edən Murad Əliyev bürünc medalı boynundan asıb. Cavidan Nəhmətov (77 kq) isə turniri gümüş medalla başa vurub.

Güləşçilərimiz “Zəfər kuboku”nda iştirak edəcək

Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin açıq məşqi keçirilib

Rafiq Hüseynov: “Olimpiya Oyunlarına gedən yol yeniyetmələrdən başlayır”

Mariya Stadnik 250 güləşçiyə ustad dərsi keçib

Azərbaycanın sərbəst güləş üzrə U-20 millisi Bursada təlim-məşq toplanışına başlayır

Seçilən
38
8
apasport.az

10Mənbələr