AZ

Kiyevdəki atışmada ölənlərin sayı 6-ya çatıb - Kiliçkodan AÇIQLAMA

Bu gün Kiyevin Qoloseyevski rayonunda küçədə və supermarketdə baş verən atışma nəticəsində ölənlərin sayı altı nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko "Telegram" kanalında bildirib. "Atışma zamanı xəsarət alan və daha əvvəl xəstəxanaya yerləşdirilən 10 nəfərdən biri xəstəxanada vəfat edib.
Bu, 30 yaşlarında qadındır. Onun şəxsiyyəti müəyyənləşdirilir", - o yazıb. Qeyd olunur ki, ümumilikdə 15 nəfər xəsarət alıb, onlardan altısına hadisə yerində yardım göstərilib.

Mətləb

Seçilən
26
2
sia.az

10Mənbələr