AZ

Mixail Zabelin Rus İcmasının sədri seçildi

ain.az, Axar.az saytına istinadən bildirir.

Milli Məclisin deputatı Mixail Zabelin yenidən Azərbaycanın Rus İcmasının sədri seçilib.

Axar.az xəbər verir ki, bu barədə Rus İcmasının sosial şəbəkə hesabında məlumat verilib.

Mixail Zabelinin sədrliyi ilə keçirilən hesabat-seçki yığıncağında gənclərin ictimai və mədəni həyata cəlb edilməsinə, mədəniyyətlərarası dialoqun inkişafına və ənənələrin qorunub saxlanılmasına yönəlmiş Azərbaycanın Rus İcması nəzdindəki Rus Gəncləri Assosiasiyasının fəaliyyəti ayrıca qeyd edilib.

Həmçinin icmanın Azərbaycanla Rusiya arasında humanitar əməkdaşlığın gücləndirilməsinə, cəmiyyətlərarası əlaqələrin inkişafına və xalqlar arasında dostluq ənənələrinin qorunmasına verdiyi mühüm töhfə vurğulanıb.

Müzakirələrin yekunlarına əsasən, Azərbaycanın Rus İcmasının hesabat-seçki yığıncağının qətnaməsi yekdilliklə qəbul edilib. Daha sonra icmanın rəhbər orqanlarına seçkilər keçirilib. Açıq səsvermə yolu ilə Mixail Zabelin yenidən Azərbaycanın Rus İcmasının sədri seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
4
axar.az

8Mənbələr