AZ

Özgür Özəldən Barraka sərt reaksiya: Arzuolunmaz şəxs...

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Tom Barrak Türkiyə demokratiyası baxımından “arzuolunmaz şəxs”dir.

Axar.az xəbər verir ki, bunu Türkiyənin aparıcı müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl Ankarada ABŞ səfiri Tom Barrak haqqında danışarkən deyib.

Onun sözlərinə görə, bundan sonra Tom Barrak türk xalqından üzr istəməlidir:

“Əks halda, ABŞ səfiri Türkiyədə bu vəzifəni tutmamalıdır. Mustafa Kamal Atatürk tərəfindən qurulan və monarxiyanı rədd edərək müstəqillik müharibəsindən sonra demokratiya yolunu seçən ölkədə bu cür fikirlər qəbuledilməzdir. Buraya gəlib demokratiyanı tənqid edərək eyni zamanda monarxiyanı tərifləmək tamamilə yolverilməzdir”.

Qeyd edək ki, ABŞ səfiri daha öncə açıqlamasında region üçün monarxiyanı ən uğurlu idarəetmə modeli kimi təsvir edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
axar.az

1Mənbələr