ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Rəqibi qələbə münasibətilə təbrik edirəm. Meydanda gözəl atmosfer var idi.
"Unikal" xəbər verir, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 28-ci "Sabah"a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
"Daha yaxşı oynaya bilərdik. "Sabah" layiqli qələbə qazandı. Müəyyən çatışmazlıqlar var. Çempionlar Liqasından sonra yerli liqaya tam köklənə bilmədik. Düşünürəm ki, komanda olaraq bir yerdə məşq etməyimizə daha çox zaman lazım idi. Ardıcıl oyunlar keçirmək bizə təsir etdi. "Sabah" isə texniki və fiziki olaraq bu mövsüm daha hazırlıqlıdır", - deyə baş məşqçi bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.