AZ

Göyçayda bıçaqlanan şəxsin vəziyyəti açıqlanıb

Göyçayda bıçaqlanan şəxsin vəziyyəti məlum olub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, aprelin 18-də, saat 01:20-də bir nəfər (kişi) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"1990-cı il təvəllüdlü pasiyentə sağ bazunun, döş qəfəsinin, qarının ön divarının kəsilmiş, deşilmiş yaraları, sol göz və göz yuvası ətrafının əzilmiş yarası və hematoması, sol çiyin nahiyəsinin səthi sıyrığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Pasiyent əməliyyata qəbul olunub.

Müalicəsi Reanimasiya, Anesteziologiya və İntensiv terapiya şöbəsində davam etdirilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir", - məlumatda qeyd edilib.

19:12

Göyçay şəhərində bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, 19 yaşlı Xəyyam Məmmədli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı rayon sakini 36 yaşlı Elvin Umudova kəsicə alətlə xəsarət yetirib.

Hadisə nəticəsində E.Umudov xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

"Cebheinfo.az"

Seçilən
22
2
cebheinfo.az

10Mənbələr