AZ

İşdən çıxarılan Korovinin qızının toyuna kimlər gəldi? – Video

Xəbər verdiyimiz kimi, Speys TV-nin bir neçə gün öncə vəzifədən uzaqlaşdırılan baş direktoru Vado Korovinin qızının bu gün toy mərasimi keçirilir.

KONKRET.az xəbər verir ki, 10 apreldə Korovinin qızına toy edəcəyi haqda məlumat yayılmışdı. Bu məlumatın ardınca isə V.Korovin Speys TV-dəki vəzifəsini itirdi. Buna baxmayaraq, Korovin övladının şad gününü təxirə salmayıb.

Bu gün baş tutan toy mərasimini xalq artisti Brilyant Dadaşova idarə edib.

Mərasimdə tanınmış KVN-çilərdən, hazırda Xəzər TV-nin rəhbəri olan xalq artisti Murad Dadaşov iştirak edib. KVN-çilərin əksəriyyəti toydan yayımlanan qısa videoda gözə dəymir, baxmayaraq ki, KVN-çilərin “2-ci və 3-cü nəslinin də” toyda iştirak etdiyi bildirilir.

Ümumiyyətlə, məclisdə çoxsaylı tanınmış simaların, o cümlədən rəsmi şəxslərin iştirak etmədiyi müşahidə olunur. Toy mərasimi daha sakitdir və əsasən yeni ailə quranların ətrafının, o cümlədən qohumların iştirak etdiyi təəssüratı yaranır.//kulis.az

 

 

Seçilən
31
5
konkret.az

6Mənbələr