AZ

“Özümlə fəxr edirəm” - Komandasını Premyer Liqaya yüksəldən baş məşqçi

“Çelsi”nin sabiq kapitanı, hazırda Çempionşip təmsilçisi “Koventri”yə rəhbərlik edən Frenk Lempard komandasının Premyer Liqaya yüksəlməsini dəyərləndirib.

Hazırda Çempionşipdə liderlik edən komanda mövsümü ən azı ilk iki yerdən birində başa vuracaq ki, bu da Premyer Liqaya birbaşa vəsiqəni təmin edir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli çalışdırıcı açıqlamasında qürurlu hiss etdiyini deyib:

“Qürurluyam. Bəzən məşqçilər yalnız futbolçulardan danışır, amma mən həm özümlə, həm məşqçilər heyəti ilə, həm də oyunçularla fəxr edirəm”.

O, yeni işə başladığı dövrü də xatırladıb:

“Biz 15 ay əvvəl mini-furqonla (minik maşını) bura gəlmişdik. Hər yeni işdə olduğu kimi bəzi qeyri-müəyyənlik var idi. Amma biz futbolçulara və azarkeşlərə aşiq olduq.

“Çelsi” ilə UEFA Çempionlar Liqası və Premyer Liqa daxil böyük titullar (futbolçu kimi) qazanmışam. Bəzən buna görə Didye Droqba və Con Terriyə (“Çelsi”də sabiq komanda yoldaşları) təşəkkür edirəm.

Amma “Koventri” ilə bu nəticəni əldə etmək mənim üçün planı aşmaqdır”.

Lempard futbolçuların zəhmətini də xüsusi vurğulayaraq, onların səviyyə yüksəlişini komanda işinin nəticəsi adlandırıb.

Seçilən
29
sportinfo.az

1Mənbələr