Bakı, 19 aprel, AZƏRTAC
Qalatasaray çempionluq yolunda mühüm qələbə qazanıb.
AZƏRTAC xəbər verir ki, Türkiyə Super Liqasının 30-cu turunda Ankarada “Gənclərbirliyi” ilə qarşılaşan “sarı-qırmızılar” 2-1 hesabı ilə qələbə qazanıblar.
Çempionatın bitməsinə cəmi 4 həftə qalmış qazanılan bu 3 xal komandanı qızıl medallara bir qədər də yaxınlaşdırıb. Hazırda komanda ən yaxın rəqibi “Fənərbağça”dan 4 xal irəlidədir.
“Qalatasaray” növbəti turda “Fənərbağça”nı öz meydanında qəbul edəcək.