BAKI, 19 aprel. TELEQRAF
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkəsinin ABŞ və İsrailə etibar etmədiyini və istənilən an hərbi əməliyyatları yenidən başlatmağa hazır olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Məlumata görə, Məhəmməd Baqir Qalibaf televiziya ilə xalqa müraciəti zamanı İranın rəqiblərinə etibar etmədiyini vurğulayıb. O qeyd edib ki, qarşı tərəf hər hansı səhvə yol verəcəyi halda Tehran dərhal döyüş əməliyyatlarını bərpa edəcək.
Qalibaf əlavə edib ki, ölkənin silahlı qüvvələri bu cür ssenariyə tam hazır vəziyyətdədir.