Türkiyə Superliqasında 30-cu tur davam edir.
QOL.az xəbər verir ki, bu gün 3 oyun keçirilir.
“Kocaelispor” “Göztepe” ilə heç-heçə edib. “Karagümrük” “Eyüpspor”a uduzub. “Qalatasaray” isə “Genclerbirliyi”nə qalib gəlib.
Hazırda turnir cədvəlinə 71 xalla “Qalatasaray” liderlik edir (30 matç). “Fənərbaxça” 67 xalla (30 oyun) 2-ci, “Trabzonspor” isə 64 xalla (29 matç) 3-cüdür.
Türkiyə Superliqası, 30-cu tur
18 aprel
“Karagümrük” – “Eyüpspor” - 1:2
Qollar: Serjinyo, 16 – Kranevitter, 39-avtoqol, Leqovski, 44.
“Kocaelispor” – “Göztepe” - 1:1
Qollar: S.Dursun, 90+8-pen – Janderson, 3.
“Genclerbirliyi” – “Qalatasaray” - 1:2
Qollar: Nyanq, 66 – İkardi, 2, Y.Akgün, 35.