AZ

Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib

Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov D-8-in Baş katibi Soheyl Mahmud ilə görüşüb.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

 

Qeyd olunub ki, görüş zamanı Azərbaycan ilə D-8 arasında mövcud əməkdaşlıq gündəliyi müzakirə edilib, siyasi, iqtisadi, ticarət, energetika, investisiyalar, nəqliyyat və logistika sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib.

 

Azərbaycanın D-8 üzvlüyünə qəbul edilməsindən sonra keçən qısa müddət ərzində təşkilat daxilində apardığı aktiv fəaliyyət yüksək qiymətləndirilib, 2025-ci ilin oktyabr ayında Azərbaycanda ilk dəfə olaraq D-8 Həftəsinin təşkili, bu çərçivədə D-8 Enerji və İqlim Mərkəzi, D-8 Media Mükəmməllik Mərkəzi və D-8 Nəqliyyat Mükəmməllik Mərkəzinin ölkəmizdə yaradılması ilə bağlı atılan əməli addımlar məmnunluqla xatırlanıb.

 

Regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb, Yaxın Şərqdə gərginliyin azaldılması, atəşkəsin möhkəmləndirilməsi, beynəlxalq humanitar hüquqa riayət olunmasının vacibliyi qeyd edilib.




Seçilən
14
4
senzor.az

10Mənbələr