Şimali Koreya bazar günü şərqə doğru ən azı bir ballistik raket atıb.
"Far.Az" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Koreya Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, buraxılış bu səhər qeydə alınıb və hazırda raketin əlavə xüsusiyyətləri, o cümlədən uçuş məsafəsi və digər parametrləri dəqiqləşdirilir.
Bu, Pxenyanın aprel ayında raket fəaliyyətinin yeni bir epizodudur. Daha əvvəl, 8 apreldə Cənubi Koreya Şimali Koreyanın bir neçə sınağı, o cümlədən Vonsan bölgəsindən atılan raketlər və Seulun məlumatına görə, 700 kilometrdən çox uçan başqa bir raket sınağı barədə məlumat vermişdi.