Sumatra adasında 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Məlumata əsasən, zəlzələnin episentri İndoneziyanın Padanqsidempuan şəhərindən (Şimali Sumatra əyaləti) 221 km cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 37 km dərinlikdə olub.
Xəsarət alan və ya dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
Milli.Az