AZ

Muxtar Babayev COP31-in Prezidenti ilə görüşdü

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Antalyada Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişiklikləri naziri və COP31-in prezidenti Murat Kurum ilə görüşüb.

Bizim.Media xəbər verir ki, M. Babayev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

Antalya Diplomatik Forumu çərçivəsində baş tutan görüşdə Azərbaycanın davamlılığı təmin edərək COP-a dəstək olmaq üçün COP31 Sədrliyi ilə birlikdə çalışacağı vurğulanıb.

Bizim.Media

Seçilən
15
12
bizim.media

10Mənbələr