“Barselona”nın baş məşqçisi Hans-Diter Flik artıq yay transfer pəncərəsi üçün planlar qurur.
"Ölkə.az" xəbər verir ki, alman mütəxəssis “La Masiya” məzunlarından razı qalsa da, hesab edir ki, komandaya təcrübə çatışmır.
Flik klub rəhbərliyindən ən azı 26-28 yaş aralığında olan bir futbolçunun transferini istəyib. Onun fikrincə, belə oyunçular gənclərlə təcrübəli futbolçular arasında vacib əlaqələndirici rol oynaya bilər.
Xatırladaq ki, “Barselona” yaxın zamanda Çempionlar Liqasının 1/4 final mərhələsində “Atletiko Madrid”ə uduzaraq turnirdən kənar qalıb. La Liqada isə kataloniyalılar mövsümün sonuna 7 tur qalmış ən yaxın izləyicisi “Real Madrid”i 9 xal qabaqlayaraq inamla liderlik edir.