AZ

"Oğlumu gözüyaşlı qoyub işə gedirdim" - Jurnalist İlhamiyyə Rza nəyi etiraf etdi?

Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışının qonağı jurnalist İlhamiyyə Rza olub.

O, televiziyalarda müzakirə edilən ailə-məişət mövzularından, yaşadığı peşmanlıqlardan, həyat yoldaşı Həmid Herisçi ilə birlikdə çalışdığı dövrdən bəhs edib.

Jurnalist media sahəsində çalışması səbəbindən övladı balaca olarkən ona yetərli vaxtı ayıra bilməməsinə təəssüflənib: "Bu, ana üçün böyük bir qəbahətdir. Övladımın dalımca necə ağladığını görürdüm. Onu gözüyaşlı qoyub işə gedirdim. Bunu özümə bağışlaya bilmirəm. Oğlumun yadında olmasa da, mən xatırlayıram".

İ.Rza verilişin aparıcısı Kamran Ağabalayevin "Efirdə olmaq üçün insan nələri qurban verir?" sualına isə belə cavab verib: "Nəyisə qurban vermək lazım olanda, oradan uzaqlaşıram. Ona görə də mənim efirdəki varlığım həmişə periodik olur".

Seçilən
16
far.az

1Mənbələr