AZ

Lukaşenko: “Trump ilə görüş əsas məqsədim deyil"

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ-la münasibətlər və mümkün görüşlər barədə açıqlama verib.Metbuat.az xəbər verir ki, o, müsahibəsində bildirib ki, ABŞ prezidenti Donald Trump ilə görüşmək onun üçün əsas məqsəd deyil və bu səbəbdən Vaşinqtona səfər etməkdə xüsusi marağı yoxdur. Lukaşenko, həmçinin Volodimir Zelenski ilə müqayisə apararaq deyib ki, o, heç vaxt başqa ölkə liderindən maliyyə və ya silah istəmək üçün addım atmayacaq. Belarus lideri qeyd edib ki, ölkəsi ABŞ-la genişmiqyaslı razılaşmaya hazırdır. Onun sözlərinə görə, belə bir saziş yalnız hər iki tərəfin maraqları nəzərə alınmaqla hazırlanmalıdır.

Lukaşenko əlavə edib ki, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət və bərabər yanaşma əsas prinsip olmalıdır.

Seçilən
31
metbuat.az

1Mənbələr