AZ

Gözlənilən müqavilə rəsmiləşdi

“Yuventus”da gözlənilən hadisə baş verib.

"Football-plus.az" xəbər verir ki, Manuel Lokatelli hazırkı klubunda daha uzun müddət çıxış edəcək. Kapitan “Yuventus” ilə yeni müqaviləsinin müddətini 2030-cu ilin yayına qədər uzadıb. Lokatellinin Turin klubu ilə əvvəlki müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər idi.

Manuel “Yuventus”da 2021-ci ilin yayından çıxış edir. O, ötən müddətdə ağ-qara formada meydana çıxdığı 224 oyunda, 9 qol vurub və 17 məhsuldar ötürmə edib.

Seçilən
16
1
football-plus.az

2Mənbələr