AZ

Bakıda güclü külək əsir Faktiki hava

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib, lakin gecə və səhər bəzi qərb rayonlarında arabir yağıntılı olub.

Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətinin aprelin 19-u saat 11:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, düşən yağıntının miqdarı Sədərəkdə 7, Ordubad və Şahbuzda 3, Şərur və Daşkəsəndə 2, Gəncə, Naxçıvan, Culfa, Gədəbəy, Naftalan, Şəmkir, Zaqatala və Tovuzda 1 mm-dir.

Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Xızıda 17 m/s-dək güclənir.

Lerik, Sabirabad, Biləsuvar, Göygöl, Şəmkirdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
35
axar.az

10Mənbələr