AZ

“Bavariya”nın ulduzu sıradan çıxdı

“Bavariya”nın hücumçusu Serj Qnabri uzun müddətə sıradan çıxıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Münhen təmsilçisi bildirib ki, tibbi müayinənin nəticələrinə əsasən futbolçuda sağ budun adduktor (daxili əzələ) nahiyəsində yırtıq aşkarlanıb.

Cari mövsümdə Qnabri bütün turnirlərdə 37 oyuna çıxıb, 10 qol vurub və 11 məhsuldar ötürmə edib.

Seçilən
24
1
olke.az

2Mənbələr