AZ

PSJ "Arsenal"ın hücumçusunu alır

"Arsenal"ın hücumçusu Qabriel Martinelli karyerasını PSJ-də davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Get French Football News" yayıb.

Məlumata görə, Paris klubunun idman direktoru Luis Kampus Martinellinin təmsilçiləri ilə görüşüb. Mənbə Fransa nəhənginin 24 yaşlı braziliyalını bu yay heyətə qatmağı hədəflədiyini vurğulayıb.

Martinelli 2019-cu ildən "topçular"ın uğurları üçün çalışır. Cari mövsüm klubunun forması ilə bütün turnirlərdə 46 matça çıxan Qabriel 11 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Cənubi amerikalının ingilislərlə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 45 milyon avro ilə dəyərləndirir. 

Toğrul

Seçilən
1
1
fanat.az

2Mənbələr