ABŞ MLS liqasında 8-ci turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi "Kolambus Kryu" MLS-də növbəti oyununa çıxıb.
Komanda səfərdə "Nyu England Revolution" ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.
Nəriman Axundzadə oyunun 88-ci dəqiqəsində - hər 3 qol vurulandan sonra meydana daxil olub.
Hazırda "Kolumbus Kryu" Şərq Konfransında 6 xalla 12-ci, "Nyu England Revolution" isə 12 xalla 5-cidir.