ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Türkiyə Ermənistanla sərhədi açmaq və Avropa ilə Asiya arasında yeni ticarət marşrutu yaratmaq ümidi ilə Hörmüz boğazına alternativ olaraq Orta Dəhlizin təşviqini artırıb.
Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
“Bu, ABŞ Prezidenti Donald Tramp tərəfindən Ermənistan və Azərbaycan arasında sülh təşəbbüslərinin bir hissəsi olaraq dəstəklənən TRİPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsinə aiddir. Türkiyə hakimiyyəti 32 il əvvəl bağlanan “Əlican” sərhəd-keçid məntəqəsinin açılması üçün hazırlıqlara başlayıb.
Ankara Hörmüz boğazı vasitəsilə tədarüklərlə bağlı risklər fonunda əsas tranzit qovşağı kimi mövqeyini möhkəmləndirməyi planlaşdırır. Prezident Rəcəb Tayyib Ərdoğan daha əvvəl qeyd edib ki, Türkiyə “sabitlik adası”na çevrilir və enerji təchizatı üçün təhlükəsiz marşrut kimi qiymətləndirilir.
Orta Dəhliz Çin və Avropa arasında Qafqaz və Türkiyə vasitəsilə quru əlaqəsini nəzərdə tutur. Türkiyənin keçmiş baş naziri Binəli Yıldırımın sözlərinə görə, bu marşrutla daşınma təxminən 40 gün çəkən dəniz yolu ilə müqayisədə 12–15 gün çəkə bilər. Daşımaların həcminin isə ildə 5 milyon tondan 20 milyon tona qədər artacağı proqnozlaşdırılır”, - məlumatda qeyd olunub.
Türkiyəli sərhədçilərdən biri nəşrə açıqlamasında deyib ki, Ermənistanla sərhədin nə vaxt açılacağı bilinmir:
“Tarix daim dəyişir. Amma hamı bunun tezliklə baş verəcəyini düşünür".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.