AZ

Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama

“Qarabağ”ın U-17 və U-19 komandalarının üzvü Əli Bəşirov yeni yaradılan U-20 milli komandasına çağıılmışdı. Amma aprelin 13-26-sı aralığında Qəbələdə keçirilən toplanış ərəfəsində AFFA yeniyetmə futbolçunun zədə üzündən heyətdən çıxarıldığını bildirdi.

Bəs Əli harda zədələnib? Bərpa müddəti nə qədər çəkəcək? “Qarabağ”ın akademiya ilə klub arasındakı əlaqələndiricisi Aftandil Hacıyev “Football-plus.az”ın sualını cavabladı:

“U-17 millisinin düşərgəsindən qayıdandan sonra ağrılar hiss edirdi. Bir neçə oyun oynadı, amma hiss olunurdu ki, yaxşı deyil. Qəbələyə təlim-məşq toplanışına getmədi. Klubun həkimləri bununla bağlı AFFA-ya sənəd göndərib. Həkimlərin fikrincə, iki həftəyə məşqə çıxa biləcək”.

Onu da qeyd edək ki, Əli qasıq nahiyəsindən zədə alıb.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
32
1
football-plus.az

2Mənbələr