MLS liqasında 8-ci turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi "Kolumbus Kryu" səfərdə "Nyu İnqlend Revolyuşn"un qonağı olub.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın 25-ci dəqiqəsində hesabı açan qonaqlar üstünlüyünü qoruya bilməyiblər. Nəriman Axundzadə oyuna 88-ci dəqiqədə, artıq hər üç qol vurulduqdan sonra daxil olub.

Bu məğlubiyyətdən sonra 6 xalı olan "Kolumbus Kryu" Şərq Konfransında 12-ci pillədə qərarlaşıb. Hesabındakı xalların sayını 12-yə çatdıran rəqib komanda isə 5-ci sıraya yüksəlib.