AZ

Makqreqor növbəti döyüşünün vaxtını AÇIQLADI

İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor 2021-ci ildən sonra ilk döyüşünü bu yay keçirməyi planlaşdırdığını bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Mark Laynem məlumat yayıb.

Məlumata görə, bəyanat Makqreqorun keçmiş sparrinq tərəfdaşı Artyom Lobovla bağlı məhkəmə prosesindən sonra yayılıb.

Makqreqor bildirib ki, məsələ həll olunub və bundan sonra o, məşqlərə və yayda keçiriləcək döyüşə fokuslana biləcək.

O, həmçinin Artyom Lobova viski biznesində göstərdiyi əməyə görə təşəkkür edib.

Milli.Az

Seçilən
43
2
milli.az

6Mənbələr