ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Avropa çempionatı davam edir.
“Qafqazinfo” xəbər verir ki, bu gün Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə başlayacaq.
Olimpiya çempionumuz Zelim Kotsoyev də bu gün tatami üzərinə çıxacaq.
19 aprel
Zelim Kotsoyev (-100 kq)
Kənan Nəsibov (+100 kq)
Madina Kaisinova (+78 kq)
***
Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında yarımfinala adlayıb.
1/4 finalda Jombor Veqə (Macarıstan) qalib gələn təmsilçimiz növbəti raunda adlayıb.
Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) mübarizəni erkən dayandırıblar.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.