Yeniavaz saytına istinadən ain.az xəbər verir.
Bu ilin ilk rübünün yekununa olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 21 bank tərəfindən 30 milyard 43 milyon manat kredit verilib.
Yeniavaz.com xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə banklar tərəfindən verilən kreditlərin həcmi 256,8 milyon manat artıb.
Məlumat üçün bildirək ki, banklar tərəfindən verilən kreditlərin yarıdan çoxu – 3 bankın payına düşüb. “Beynəlxalq Bank” ASC (ABB), “Kapital Bank” ASC və “Paşa Bank” ASC-nin kredit portfeli 15 milyard 952,3 milyon manat olub.
Ən az kredit ayıran bank isə “Bank Melli İran bakı fililalı” olub. Bu bankın cəmi kredit portfeli 2,9 milyon manat təşkil edib.
Aşağıdakı cədvəldə bankların kredit portfeli göstərilib:
Banklar
Kredit portfeli
(milyon manat)
ABB
7 158.1
Kapital Bank
5 467.9
PAŞA Bank
3 326.2
Xalq Bank
1 817.1
Bank Respublika
1 635.1
Unibank KB
1 373.8
AccessBank
1 341.3
Yelo Bank
1 081.7
Bank of Baku
964.1
Rabitəbank
944.3
Azər Türk Bank
814.7
Ziraat Bank Azərbaycan
774.6
TuranBank
709.8
Expressbank
546.5
Premium Bank
501.0
Yapı Kredi Bank Azərbaycan
487.8
Azərbaycan Sənaye Bankı
380.73
AFB Bank
328.2
Bank VTB (Azərbaycan)
254.1
Bank Avrasiya
132.9
Bank Melli İran Bakı filialı
2.9
Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.