AZ

Hüseyn Dərya ilə İlhamə Quliyevanın illər öncəki müsahibəsi - VİDEO

Mərhum reper Hüseyn Dərya ilə mərhum Xalq artisti İlhamə Quliyevanın birgə arxiv görüntüləri yenidən gündəmə gəlib.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlar sənətçilərin birgə müsahibəsindən götürülüb. Videoda onların səmimi söhbəti və birlikdə ifa etdikləri duet haqqında fikirlərini bölüşdükləri anlar əks olunub.

Görüntülərdə hər iki sənətçinin bir-birinə olan hörməti və sənətə yanaşması izləyicilərin diqqətindən qaçmayıb. Onların birgə layihə ilə bağlı xatirələri və düşüncələri sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Qısa zamanda geniş yayılan video izləyicilərdə nostalji hisslər oyadaraq müzakirələrə səbəb olub. Sənətçilərin yaradıcılığına yenidən diqqət yönəlib.

Musa
Milli.Az

Seçilən
14
2
milli.az

3Mənbələr