AZ

İranın hava məkanı belə açılacaq

İranın hava məkanı dörd mərhələdə yenidən açılacaq.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə dövlət televiziya kanalı IRIB ölkənin aviasiya qurumuna istinadən məlumat verib.

Məlumata görə, birinci mərhələdə tranzit uçuşlar, ikinci mərhələdə isə İranın şərqindəki hava limanlarından uçuşlar bərpa olunacaq.

Üçüncü mərhələdə Mehrabad və İmam Xomeyni hava limanları fəaliyyətini bərpa edəcək, dördüncü və son mərhələ isə qərbdəki hava limanlarından uçuşları əhatə edəcək.

"Bilet satışları hazırda dayandırılıb və insanlar... hava limanının son statusu və bilet alışı variantları ilə bağlı rəsmi açıqlamalara diqqət yetirməlidirlər", - IRIB Mülki Aviasiya Təşkilatının direktor müavininin sözlərinə istinadən bildirib.

Seçilən
30
cebheinfo.az

1Mənbələr