AZ

Premyer Liqa klubunun baş məşqçi postuna daha bir namizəd - SON DƏQİQƏ

«Şamaxı»nın baş məşqçi postuna namizədlərin siyahısına yeni ad əlavə olunub.

Mövsümün sonunda komandanın sükanı arxasını tərk edəcək Ayxan Abbasova alternativlərin sırasına Elmar Baxşıyev qoşulub.

Bu ilin yanvarında «Araz-Naxçıvan»dan uzaqlaşdırılan çalışdırıcı «şirlər»in nümayəndələri ilə görüşüb. Tərəflər mümkün anlaşma şərtlərini müzakirə edib.

Hələlik hansısa sövdələşmədən söhbət getmir. Onlar mayda bir daha görüşəcəklər.

Çünki başqa namizədlər də var. Hazırda «Kəpəz»də işləyən Azər Bağırovun adını qeyd edə bilərik.

SPORTİNFO.AZ

Seçilən
21
sportinfo.az

1Mənbələr