AZ

"S&P" Türkiyənin kredit reytinqini dəyişməz saxlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

"S&P" Türkiyənin kredit reytinqini dəyişməz saxlayıb.

Banco.az xəbər verir ki, “S&P Global Ratings” Türkiyənin kredit reytinqlərini “BB-/B” səviyyəsində təsdiqləyərək, reytinq üzrə proqnozu “sabit” olaraq saxlayıb.

“S&P Global Ratings” tərəfindən yayımlanan açıqlamada Türkiyənin xarici valyuta və milli valyuta ilə ifadə olunan uzun və qısamüddətli kredit reytinqlərinin “BB-/B” səviyyəsində təsdiqləndiyi bildirilib.

Açıqlamada qeyd olundu ki, reytinq proqnozunun “sabit” saxlanılması Türkiyə iqtisadiyyatının davam edən enerji qiyməti şokunu aradan qaldıra biləcəyi ilə bağlı qiymətləndirməni əks etdirir. Bu isə səlahiyyətli qurumların sərt pul siyasətini və əməkhaqqı müəyyənləşdirmə siyasətini davam etdirməsi, həmçinin valyuta ehtiyatlarında əlavə azalmanın qarşısının alınması ehtimalına əsaslanır.

Açıqlamada Yaxın Şərqdəki müharibənin yaratdığı enerji qiyməti şokuna da diqqət çəkilərək bildirildi ki, münaqişənin səngiyəcəyi, enerji qiymətlərinin aşağı düşəcəyi və daxili siyasət çərçivəsinin ehtiyatlı olaraq qalacağı ehtimalı əsasında iqtisadi təsirlərin məhdud səviyyədə qalacağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
20
1
banco.az

2Mənbələr