AZ

Özcan Denizə 1 gecədə 5 milyon ÖDƏDİ

Sosyetənin məşhur simalarından Çiğdem Sabancı 56 yaşını Kapadokyada möhtəşəm və dəbdəbəli şəkildə qeyd edib.

Milli.Az xəbər verir ki, ötən həftəsonu keçirilən bu xüsusi tədbir üç gün davam edib. Sabancı, təxminən 30-a yaxın dostunu dəvət etdiyi doğum günü üçün Kapadokyada yerləşən butik otellərdən birini tam şəkildə bağlatdırıb.

Qonaqlar üçün hazırlanmış proqram, lüks atmosfer və eksklüziv xidmətlər tədbiri sosial dairələrdə ən çox danışılan məclislərdən birinə çevirib. Gecənin ən diqqətçəkən məqamı isə məşhur sənətçi Özcan Denizin səhnə alması olub.

Xüsusilə Sabancının doğum günü üçün çıxış edən ifaçının bu performans qarşılığında təxminən 5 milyon lirə (təxminən 189489 manat) qonorar aldığı bildirilir. /Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
6
olaylar.az

7Mənbələr