Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Avropa çempionatı ərəfəsində milli üzvləri ilə görüşüb.
Fanat.Az xəbər verir ki, yığmanın baş məşqçisi Sərdar Həsənov, böyük məşqçi Asif Məmmədov və məşqçi Əfqan Bayramovun rəhbərliyi altında 4 idmançı körpücük üzərinə çıxacaq.
Tehran Məmmədov sabah, İsa Rüstəmov, Ravin Alməmmədov və Əli Şükürlü isə növbəti günlərdə mübarizə aparacaqlar.
Təmsilçilərimizdən Əli Şükürlü komandaya aprelin 22-də qoşulacaq.